DEMOKRİT
(E.Ə. təqribən 460-370)
Demokrit qədim Yunanıstanın görkəmli materialist filosofudur. O, Aralıq dənizinin Frakiya sahilindəki Abderdə anadan olmuşdur. Demokritin müəllimi Qədim Yunanıstanın filosofları olan Anaksaqor və Levkipp olmuşlar. Bundan başqa o, fars kahinlərindən də dərs almışdır. Demokrit dövrünün demək olar ki, bütün elm sahələri (fizika, riyaziyyat, etika, astronomiya, tibb, musiqi nəzəriyyəsi və s.) ilə məşğul olmuş və Misir, Babilistan, İran, Ərəbistan, Hindistan, Həbəşistan dövlətlərinə səyahət etmişdir.
ARİSTOTEL
(E.Ə. 384-322)
Ərəstu adı ilə xalq arasında tanınmış Aristotel Qədim Yunanıstanın ən görkəmli filosofu və alimidir. O, Yunanıstanın Stagir koloniyasının indiki Xalkis şəhərində anadan olmuşdur. Aristotel e.ə. 367-ci ildə Afinaya gələrək Plotonun məktəbi Afina yaxınlığında qədim Yunan əfsanəvi qəhrəmanı olan Akademin heykəli yanında yerləşirdi. Orada kölgəli bağda Platon öz şagirdlərinə mühazirə oxuyub, söhbətlər edirdi. Buna görədə onun məktəbi xalq arasında Akademiya (Platon Akademiyası)adlandırılmışdır. Akademiya sözüdə oradan götürülmüşdür. Aristotel 20 il Platon "Akademiyası"nda iştirak etmişdir. Aristotel e.ə. 343-335-ci illərdə Makedoniyalı İsgəndərin tərbiyəçisi olmuşdur. Makedoniyalı İsgəndər öz müəllimi barədə belə demişdir: "Mən Aristotelə öz atam qədər mərhəmət bəsləyirəm, ona görə ki, əgər atama həyatımla borcluyamsa, Aristotelə həyatıma zinət verən hər bir şeylə borcluyam. E.ə. 335-ci ildə Aristotel Afinaya qayıdıböz məktəbini (Peripatetik məktəb) yaratmışdır. Aristotel çoxcəhətli yaradıcılığa malik olmuşdur. O, məntiq, psixologiya, təbiətşünaslıq, etika, siyasət, poeziya, tarix və s. aid əsərlər yazmışdır. onun ən çox məşhur olan əsərləri: "Fizika", "Metafizika", "Poetika", "Ritorika", "Orqanon" və s.-dir. Fizika elmi öz adını Aristotelin "Fyuzika" kitabının adından kəsb etmişdir. Yunanca "füzis" təbiət, "Fyuzika" "təbiət haqqında" deməkdir.
Hiç yorum yok:
Yorum Gönder